Aerobika gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yekunlaşdı

ESTAFET/ 6 və 7 oktyabr tarixlərində Milli Gimnastika Arenasında Aerobika gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi təşkil olunub.
Yarışlarda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, həmçinin Bolqarıstan, Rusiya, Qazaxıstan və Ukraynadan gələn gimnastlarla birlikdə 200-dən çox gimnast öz qüvvəsini sınayıb.
İdmançılar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramı üzrə yarışlarda bacarıqlarını nümayiş etdiriblər.
Yarışda fəxri kürsünü yerli gimnastlarımız, qonşu dövlətlərin təmsilçiləri ilə bölüşüblər. Mükafatçılar sırasında üstünlüyü, məhz elə turnirə ən böyük heyətlə qatılmış Rusiya komandası əldə edib.

