Dibala millinin oyununda zədələnib

ESTAFET/ “Yuventus”un yarımmüdafiəçisi Paulo Dibala sıradan çıxıb. Ulduz futbolçu Argentina millisinin heyətində zədələnib.
Belə ki, Braziliya ilə yoldaşlıq görüşünün (0:1) 58-ci dəqiqəsində dizindən xəsarət alan Dibala əvəzlənmək məcburiyyətində qalıb. Düzdü, hücumameyilli oyunçu Turinə döndükdən sonra klub tərəfindən tibbi müayinə aparılacaq. Ancaq ilk diaqnoza görə, zədə ciddi deyil. Onun həftəsonu A seriyasında “Cenoa” ilə matçı buraxması və Çempionlar Liqasında “Mançester Yunayted”lə görüşə hazır olması gözlənilir.

