"Yuventus" Milandan qələbə ilə dönür: Serie A - XII tur

ESTAFET/ Futbol üzrə İtaliya A Seriyasında 12-ci turun oyunlarına start verilib. Turun ilk oyun günündə bir görüş baş tutub. "Frozinone" ilə səfər qarşılaşmasında "Fiorentina" qələbəni son dəqiqələrdə əldən verib. 

 

Turun ikinci oyun keçirilən qarşılaşmalarda "Torino" "Parma"nı, SPAL "Kalyari"ni, "Cenoa" isə "Napoli"ni qonaq edirdi. Gün meydan sahibləri üçün uğursuz alınıb.

 

Son oyun günü "İnter"in "Atalanta" səfərində darmadağını ilə başlayıb. "Roma" evdə "Sampdoriya"nı məğlub edib. 

 

İtalyan futbolu azarkeşlərinin səbirsizliklə gözlədiyi oyun turun son oyunu idi. Belə ki, "Milan" evdə  "Yuventus"u qəbul edirdi. Görüş "qoca sinyora"nın qələbəsi ilə yekunlaşıb. 

 

İtaliya A Seriyası, 2018/2019 mövsümü
12-ci turun oyunları


9 noyabr 2018

 

Frozinone - Fiorentina 1:1
Qollar: Pinamonti 89 : Benassi 47

 

10 noyabr 2018

 

Torino - Parma 1:2
Qollar: Bazelli 37 : Jervinyo 9, İnqlese 25

 

SPAL - Kalyari 2:2
Qollar: Petanya 3, Antenuççi 71 : Pavoletti 73, İonita 76


Cenoa - Napoli 1:2
Qollar: Kuame 20 : Ruis 62, Biraski 86 (ö.q.)


11 noyabr 2018


Atalanta - İnter 4:1
Qollar: Hatebor 8, Mançini 62, Djimsiti 88, Qomes 90 : İkardi 47 (p.)


Roma - Sampdoriya 4:1
Qollar: Jezus 19, Şik 59, El Şaaravi 72, 90 : Defrel 89


Kyevo - Bolonya 2:2
Qollar: Mecciorini 20 (p.) Obi 45 : Santander 3, Orsolini 56


Empoli - Udineze 2:1
Qollar: Zayç 41, Kaputo 51 : Pussetto 81


Sassuolo - Latsio 1:1
Qollar: Ferrari 15 : Parolo 7


Milan - Yuventus 0:2
Qollar: Mandzukiç 8, Ronaldo 81

 

Müəllif: Orxan NOVRUZOV