Moskva "Spartak"ında yeni baş məşqçi

ESTAFET/ Son oyunlarda uğursuz çıxışı ilə yadda qalan Rusiyanın “Spartak” (Moskva) klubu yeni baş məşqçi ilə anlaşıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, paytaxt təmsilçisi Oleq Kononova tapşırılıb.
52 yaşlı belaruslu mütəxəssislə müqavilə 1+1 şərti ilə mövsümün sonunadək imzalanıb. Xatırladaq ki, "Spartak" oktyabrın 22-də Massimo Karreranı baş məşqçi vəzifəsindən göndərmişdi.

