Edi və Ezmi reytinqdə irəliləməkdə davam edir
ESTAFET/ Dünən Beynəlxalq Badminton Federasiyasının yeni reytinq cədvəli açıqlanıb. Siyahıda 7 pillə irəliləyən Edi Reski Dviçayo 18500 xalla 92-ci sıradadır. Reytinqdə ən çox irəliləyən badmintonçular arasında təmsilçimiz Ezmi Qovimuramadhoni də var. 21 pillə irəliləyən Ezmi 185-ci sırada qərarlaşıb. Badmintonçumuzun aktivində 8950 reytinq xalı var.
Badmintonçularımızın kişilərin qoşa yarışları üzrə reytinq cədvəlində də dəyişiklik baş verib. Mövqeyini 4 pillə yaxşılaşdıran Edi Reski Dviçayo - Ezmi Qovimuradhoni tandemi 76-cı sıradadır. Badmintonçularımızın aktivində 17990 reytinq xalı var.