Dviçayo reytinqdə daha 5 pillə irəlilədi

ESTAFET/ Beynəlxalq Badminton Federasiyasının yeni reytinq cədvəli açıqlanıb. Badmintonçularımızdan Edi Reski Dviçayo siyahıda 5 pillə irəliləyərək 87 sıraya yüksəlib. Cədvəldə 3 pillə irəliləyən Ezmi Qovimuramadhoni isə siyahıda 182-cidir. Edi - Ezmi tandemi kişilərin qoşa reytinqində 77-ci sıradadır. 

Müəllif: Estafet.az