Finalda məğlubiyyət istefaya səbəb oldu
ESTAFET/ Libertadores kubokunun finalında əzəli rəqibi “River Pleyt”ə uduzan “Boka Xuniors”un baş məşqçisi Gilyermo Barros Skelotto istefaya göndərilib. Bu haqda Argentina klubunun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Skelottonu əvəzləməyə ən real namizəd kimi hazırda Braziliya “Palmeyras”ına rəhbərlik edən Luis Felipe Skolari göstərilir.
Skelotto 2016-cı il martın 1-dən “Boka Xuniors”un “sükanı arxasında” idi.