Edi "Turkey International 2018" turnirində bürünc medal qazandı
ESTAFET/ Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Türkiyənin paytaxtı Ankara keçirilən "Turkey International 2018" turnirində çıxışını başa vurub.
Təmsilçilərimizdən Edi Reski Dviçayo 1/16 finalda yunanıstanlı İlias Xanzounu 2:0 (21-11,21-14) hesabı ilə məğlub edib. Edi növbəti mərhələdə Danimarka idmançısı Soren Hald üzərində 2:0 (21-10,21-8) hesablı qələbə qazanıb. Badmintonçumuz 1/4 finalda Türkiyə təmsilçisi Məhəmməd Əli Kurta 2:0 (21-18,21-16) hesabı ilə qalib gəlib.Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Edi bu mərhələdə indoneziyalı İkhsan Leonardo İmanuel Rumbaya 1:2 (21-16,10-21,17-21) hesabı ilə uduzub.
Mübarizəyə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni ilk mərhələdə özbəkistanlı Artyom Savatyugini 2:0 (21-9,21-14) hesabı ilə məğlub edib. Ezmi 1/8 finalda İndoneziya badmintonçusu Kristian Adinataya 1:2 (21-14,11-21,6-21) hesabı ilə uduzub.
Badmintonçularımız kişilərin qoşa yarışında 1/8 finalda Peter Briqqs - Qreqori Mayrs tandeminə 0:2 (15:21,11:21) hesabı ilə məğlub olub.