Ölkə çempionatı davam edəcək
ESTAFET/ Sabah voleybol üzrə Azərbaycan Çempionatında (qadınlar, kişilər) I turun növbəti oyunları keçiriləcək. Voleybol Mərkəzində baş tutacaq yarışda ilk olaraq meydançaya 15:00-da kişi komandalarından “Lokomotiv”- “MOİK”, 17:00-da isə “Abşeron”- “AVF” komandaları qarşılaşacaqlar.
Qeyd edək I turun ilk oyunları 22 dekabr tarixində keçirilmişdir.
Azərreyl – Lokomotiv (qadınlar) 3:0 (25:17, 25:19. 25:21)
Neftçi – U 19 (kişilər) 3:0 (25:16, 32:30, 25:18)