Rafael Ağayev Premyer Liqanın finalında

ESTAFET/ Karateçimiz Rafael Ağayev (75 kq) Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.

İkinci görüşün ortalarında çənəsindən zədələnən Ağayev sonrakı iki görüşdə də qalib gəlib. Yarımfinalda sifətindən daha bir zədə alan karateçimiz, bazar günü finalda turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə qarşılaşacaq.

Daha üç idmançımız, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansının əldən veriblər. Şənbə günü daha 10 idmançımız mübarizəyə qatılacaq. Mükafatçıların yekun nəticəsi 27 yanvarda məlum olacaq. 

Müəllif: Natiq NƏSİROV