Kişi həndbolçuların Azərbaycan çempionatında fasiləyə yekun vurulub
ESTAFET/ Kişi həndbolçuların ölkə çempionatında üçüncü dövrəyə start verilib. 7-ci turun qarşılaşmalarından “Təhsil” – “Məhsul” matçı daha böyük maraqla gözlənilirdi. Gərgin mübarizə vəd edən oyunda “Məhsul” komandasının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Rəqibin ciddi müqavimətinə baxmayaraq, hücumları daha dəqiq tamamlayan “Məhsul” 36:25 hesabı ilə qələbə qazanıb.
Günün digər matçında isə “Bakı” komandası U-16-nı sınağa çəkib. Keçirdiyi bütün oyunlarda uduzan yeniyetmə həndbolçula , çox çalışsalar da, məğlubiyyətdən qurtula bilməyiblər – 15:40.
Növbəti qələbələrini qazanan “Məhsul” və “Bakı” komandaları, hərəyə 12 xalla çempionatın şərikli liderləridir. “Təhsil” 4 xalla 3-cü pillədə qərarlaşıb. U-16 komandası hələ ki xal qazana bilməyib