Kişilər II dövrəyə start verdi

ESTAFET/ Bu gün voleybol üzrə kişilər arasında ölkə çempionatının II dövrəsində ilk turun oyunları keçirilib. Öncə meydançaya "Lokomotiv" və U-19 komandaları çıxıblar. İlk hissədə gərgin keçən mübarizədən sonra U-19 komandası 25-22 hesabı ilə qalib gəlib. İkinci hissə də isə 25-16 hesabı ilə "Lokomotiv" üstün olub. III və IV setlər də "dəmiryolçular"ın qələbəsi ilə başa çatıb - 25:19, 25:16. 


İkinci oyun isə MOİK və "Neftçi" arasında oldu. Bu görüş də 3-1 hesabı ilə yekunlaşıb və sevinən tərəf "Neftçi" olub - 25:18, 25:15, 22:25, 30:28.

Müəllif: Bəhruz MƏMMƏDOV