Yaşar Bəşirova fəxri medal təqdim olundu

ESTAFET/ Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti və Dünya Karate Federasiyasının (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Karate1 Premyer Liqa turniri ərəfəsində xarici həmkarları və digər ali idman qurumlarının rəsmiləri ilə bir sıra görüşlər keçirib.

WKF-in prezidenti Antonio Espinos və mötəbər turnirin təşkilat komitəsinin rəhbəri, həmçinin WKF-in vitse-prezidenti Nasser Alrazooqi, digər ölkələrin karate federasiyalarının rəhbərləri ilə birgə görüşdə Y.Bəşirova fəxri medal təqdim ediblər. Görüşlərdə karatenin daha da inkişafı və populyarlığının artırıması istiqamətində müxtəlif mövzularda söhbətlər aparılıb. 

Müəllif: Orxan NOVRUZOV