Cavanşir Ağakişiyev Dünya Kubokunda mübarizəni dayandırdı

ESTAFET/ Fransanın Durdan şəhərində sablya üzrə gənclərin şəxsi Dünya Kubokunun mərhələ yarışı keçirilib.

Turnirdə ölkəmizi təmsil edən Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazanmaqla pley-offa yüksəlib. Sablyaçımız 1/64 finalda İtaliya təmsilçisi Alberto Nigriyə 12:15 hesabı ilə uduzub. 

Müəllif: Natiq NƏSİROV