Yeniyetmə badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub
ESTAFET/ 5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2002-2004 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub.
Martın 7-də start götürən yarışda 27 oğlan və 16 qız iştirak edib. Turnirin final görüşləri martın 10-da keçirilib. Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.
Şəxsi oğlanlar:
1.Aqil Qəbilov
2.Vaqif İsmayılov
3.Rəvan Niftəliyev
Şəxsi qızlar:
1.Nigar Əliyeva
2.Elnurə Cəfərova
3.Xavər Bayramova
Qoşa oğlanlar:
1.Rəvan Niftəliyev - Aqil Qəbilov
2.Adəm Əliyev - Vaqif İsmayılov
3.Cavanşir Kişiyev- İsazadə Zaur
Qoşa qızlar:
1.Nİgar Əliyeva - Elnurə Cəfərova
2.Həcər Nuriyeva - Fatimə Əşrəfova
3.Xavər Bayramova - Fidan Salmanova
Qarışıq - qoşa:
1.Elnurə Cəfərova - Aqil Qəbilov
2.Nigar Əliyeva - Rəvan Niftəliyev
3.Nərmin Şərifova - Zaur İsazadə
Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.