Boks üzrə beynəlxalq turniri start götürür
ESTAFET/ Bu gün boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək. Bakı Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edəcəklər. 117 idmançının gücünü yoxlayacağı “Böyük İpək Yolu”nun final görüşləri aprelin 1-də olacaq.
Azərbaycan yığması yarışa geniş tərkibli heyətlə qatılacaq. Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə 34 boksçunu sınaqdan keçirəcək. Milli komandadan başqa, ölkəmizin 4 klubunun (“Sədərək” İK, DİN İC, “Qəbələ” İK, “Neftçi” İK) 6 üzvü də medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan milli komandasının heyəti
49 kq. Yadigar Əliyev, Orxan Süleymanov
52 kq. Məsud Yusifzadə, Elvin Məmişzadə, Qoşqar Səfərli, Mirmehdi Mehdizadə
56 kq. Tayfur Əliyev, Ümid Rüstəmov, Fuad Tarıverdiyev
60 kq. Cavid Çələbiyev, Sərxan Əliyev, Ruslan Rüstəmov, Nurlan Səfərov
64 kq. Bəxtiyar Qazıbəyov, Fuad Ağamoğlanov, Elnur Əliyev, Nəbi İsgəndərov
69 kq. Elnur Süleymanov, Nicat Həsənov, Lorenso Sotomayor, Rahil Yaqubzadə
75 kq. Kamran Şahsuvarlı, Amin Kuşkov, Rasim Çobanlı, İsmayıl Hüseynov
81 kq. Rauf Rəhimov, Alfonso Dominqes, Cəbrayıl Yelekov
91 kq. Rövşən Yaqubzadə, Rahil Məmmədli, İsmayıl Yaqubov, Surət Qarayev
+91 kq. Sadiq Səmədov, Mətin Mehrəliyev
Qeyd edək ki, döyüşlər 15:00-da başlayacaq.