"Azerbaijan International 2019" turnirinə 100-dən çox könüllü cəlb olunacaq

ESTAFET/ 6-9 iyun 2019-cu il tarixlərində Bakı İdman Sarayında keçiriləcək badminton üzrə “Azerbaijan International 2019” turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verəcəklər. Turnir zamanı 100-dən çox könüllü fəaliyyət göstərəcək. Könüllülər iştirakçıların hava limanında qarşılanması, yönləndirilməsi, idmançı və xarici nümayəndə heyətlərinin müşayiət olunması, məlumatlandırılması, eləcə də tədbir məkanının təşkil olunması işlərinə cəlb olunacaqlar. Məlumat üçün bildirək ki, “Bir” tələbə-könülləri bu sahədə kifayət qədər təcrübəyə malikdir. Tələbə-könüllülər daha öncə ölkəmizdə keçirilən bir çox dövlət və beynəlxalq əhəmiyyətli idman tədbirlərində fəaliyyət göstəriblər. “BİR” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox üzvə malikdir. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər. 

Müəllif: Natiq NƏSİROV