"Pis oynadıq, buna görə də uduzduq": Ramil Şeydayev

ESTAFET/ "Pis oynadıq, buna görə də uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə yetmədi". Bu sözləri millimizin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Zəif çıxış etdiklərini söyləyən hücumçu çox işləməli olduqlarını bildirib: "Gərək çox işləyək, çox məşq edək. Onda hər şey yaxşı olacaq".

Matçda yeganə qolumuza imza atan Ramil paltardəyişmə otağından gec çıxmalarının səbəbini də açıqlayıb: "Orda heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı".

Şeydayev klub karyerası ilə bağlı qeyri-müəyyənliyin olduğunu, "Krılya Sovetov"la başa çatan müqaviləsinin uzadıb-uzatmayacağını hələ bilmədiyini söyləyib.  

Müəllif: Natiq NƏSİROV