Ezmi qrup mərhələsində son oyununu keçirib: Minsk 2019

ESTAFET/ Badmintonçumuz Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində kişilərin şəxsi yarışında "G" qrupunda son oyununu keçirib.
İlk iki turda qələbə qazanmaqla 1/8 finala vəsiqəni təmin edən Ezmi üçüncü turda turnirin reytinqinə görə 7-ci ən güclü badmintonçusu sayılan Rusiya təmsilçisi Vladimir Malkovla qarşılaşıb. Bamdintonçumuz rəqibinə 0:2 (7-21,11-21) hesabı ilə uduzub. Bu gün Bakı vaxtı ilə saat 22:00-da pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.Badmintonçumuz 1/8 final mərhələsi çərçivəsində növbəti görüşünü iyunun 27-də keçirəcək.
