“Fənərbaxça”da iranlı hücumçu
ESTAFET/ Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçuyla gücləndirib. Super Liqa təmsilçisi İranın “İstiqlal” klubundan Allahyar Sayyadmaneşi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu İstanbul klubu ilə 5 illik müqaviləyə imza atıb.
Allahyar İran milli komandasının da üzvüdü.