Millimiz hazırlıqları Türkiyədə davam etdirir

ESTAFET/ 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız məşqləri Türkiyənin İstanbul şəhərində davam etdirir. Bolqarıstan və Rusiyadan sonra Türkiyəyə yola düşən yığmamız ilk olaraq Türkiyənin İzmir şəhərində 3 gün təlim-məşq toplantısı keçmiş və Türkiyə milli komandası ilə 1 yoldaşlıq oyunu keçirib. Matçda ev sahibləri (3-1) hesabı ilə qalib gəliblər.

Millimiz 21-24 iyul tarixlərində İstanbulda məşlərə davam edəcək. 24 iyulda isə Braziliyaya yollanacaq. Qeyd edək ki, 01-03 avqust tarixlərində keçiriləcək Olimpiya Təsnifat Turnirindən öncə komandamız Braziliyada yerli klublardan biri ilə yoldaşlıq matçı keçirəcəyi gözlənilir.
 

Müəllif: Bəhruz MƏMMƏDOV