“Challenge” seriyasına aid Dünya Kubokunda 3 medal
ESTAFET/ Bu gün Rumıniyanın Kluj şəhərində bədii gimnastika üzrə “Challenge” seiyasında aid Dünya Kuboku yekunlaşıb.
Aliyə Paşayeva, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Əhmədbəylidən ibarət qrup hərəkətləri komandamız kubokda ilk olaraq, çoxnövçülük proqramında 49.950 xalla gümüş medal qazanıblar. Kubokun son günü isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib. Qızlarımızın ikinci gümüş medalı da məhz elə 5 topla çıxışlarına görə olub (26.100). Qrup komandamızın gürzlər və halqa ilə icra etdiyi kompozisiyaları onlara kubokun bürünc medalını qazandırıb (24.650).
Fərdi proqramda çıxış edən gimnastlarımızdan isə ən yaxşı nəticə Zöhrə Ağamirovaya aid olub. Belə ki, Zöhrə topla final çıxışına görə 19.800 xalla 7-ci yerdə qərarlaşıb.