Murad və Cavidan Türkiyədən medallarla qayıdır

ESTAFET/ Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib.

Ölkəmizi bu yarışda milli komandamızın üzvləri Murad Ağarzayev və Cavidan Babayev uğurla təmsil ediblər. Belə ki, 6 alətin hər birində finala vəsiqə qazanan Murad, ən yaxşı çıxışını dayaqlı tullanmada nümayiş etdirib. Gimnastımız 14,175 xalla turnirin qızıl medalını qazanmağa müvəffəq olub.

Digər təmsilçimiz Cavidan da komanda yoldaşından geri qalmayaraq, iki final mərhələsində öz gücünü sınayıb. Cavidan halqalarda çıxışı ilə fərqlənərək, 13,750 xalla bürünc medala layiq görülüb. 

Müəllif: Məsim MƏSİMZADƏ