Kikboksçularımız Macarıstanda 12 medala sahib oldular

ESTAFET/ 26-31 avqust tarixlərində Macarıstanın Györ şəhərində Kikboksinq üzrə WAKO Avropa çempionati keçirilib. Yarışda 39 ölkədən 2000-dən artıq idmançı iştirak edirdi.
Azərbaycan komandası kikboks federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hakim Haciyevin rəhbərliyi altında 29 idmançı ilə bu yarışa qatılmışdı. Yarışın yekununda Azərbaycan komandası 5-i qızıl, 2-si gümüş, 5-bürünc olmaqla ümumilikdə 12 medal qazanıb.

