Badmintonçularımız üçün "Egypt International" sınağı

ESTAFET/ Bugün Misirin Qahirə şəhərində "Egypt International 2019" turnirinə start veriləcək. Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni oktyabrın 18-də turnirdə ilk görüşünə çıxacaq. Badmintonçularımız kişilərin şəxsi yarışında iştirak edəcək. Turnirin 1 nömrəli reytinq favoriti Edi Reski Dviçayo 1/16 finalda Portuqaliya təmsilçisi Duarte Nuno Anje ilə qarşılaşacaq. Ezmi Qovimuramadhoni isə əsas mərhələnin ilk görüşündə İrlamdiya badmintonçusu Conatan Dolanla üz-üzə gələcək.Turnirə oktyabrın 20-də yekun vurulacaq.

Müəllif: Orxan NOVRUZOV