AMADA basketbolçular üçün maarifləndirici seminar keçirdi
ESTAFET/ Dünən basketbolçular üçün Milli Olimpiya Komitəsində seminar keçirilib. Maarifləndirici seminarı Azərbaycan Milli Antidopinq Agentliyinin mütəxəssisləri Lalə Hacıyeva və Leyla Qabulova aparırdılar. Bu AMADA-nın basketbolçular üçün keçirilən 2-ci seminarı idi. Agentliyin Təhsil üzrə meneceri Lalə Hacıyeva idmançıların nəzərinə çatdırdı ki, ötən seminardan bu yana Ümumdünya Antidoping Agentliyi qadağan edilmiş preparatların siyahısına əlavələr etmişdir.
Bundan başqa seminarda bu təşkilatın antidoping fəaliyyəti ilə bağlı basketbolçuları maraqlandıran bir çox suala aydınlıq gətirilərək idmançılarla AMADA-nın mütəxəssisləri arasında geniş fikir mübadiləsi aparılıb.