Çempionat "Zirvə"nin qələbəsi ilə start götürdü

ESTAFET/ Dünən "Sərhədçi"İdman Olimpiya Mərkəzində 27-ci Azərbaycan Çempionatının təntənəli açılışından sonra "Zirvə-Astara" və "Gəncə BK" komandaları qarşılaşdılar.

Elə 1-ci hissədə təşəbbüsə yiyələnən "Zirvə" böyük fasiləyə böyük xal üstünlüyü ilə ayrıldı - 50:19. Qalan 2 hissə "Gəncə BK"nın diqtəsi ilə keçsə də ilk yarıda qazanılan xal üstünlüyü (+31) oyunu "Zirvə"nin qələbəsi ilə nəticələndirdi - 77:56 (27-9, 23-10, 15-22, 12-15)

Müəllif: Məsim MƏSİMZADƏ