Millinin rəqibləri müəyyənləşib

ESTAFET/ Bu gün final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib. Millimiz Rusiya, Xorvatiya və Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.
