Millimiz Bolqarıstana da uduzdu

ESTAFET/ Azərbaycan millisi bu gün qadın voleybolçular arasında Avropa olimpiya təsnifat turnirində növbəti oyununa çıxıb. Vasif Talıbovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanla qarşılaşıb. Görüş millimizin növbəti məğlubiyyəti ilə başa çatıb.

Qrupun digər görüşündə Niderland Polşa ilə qarşılaşacaq.

A qrupunda yer alan Azərbaycan millisi turnir çərçivəsində ilk oyununda Niderlanda 0:3 hesabıyla uduzub.

Avropa təsnifat turniri
A qrupu

9 yanvar 2020

Bolqarıstan – Azərbaycan 3:1 (25:23, 25:19, 21:25, 25:21)
Apeldorn (Niderland), “Omnisport” salonu

Müəllif: Orxan NOVRUZOV