Yeniyetmə oğlan sablyaçılarımız Avropa çempionatının şəxsi yarışında çıxış edib
ESTAFET/ Yeniyetmə oğlan sablyaçılarımız Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında şəxsi yarışda qüvvəsini sınayıb.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Maqsud Hüseynli 1/32 finalda Belarus təmsilçisi Yauheni Kazhaneuskiyə 15:10 hesabı ilə qalib gəlib. Sablyaçımız 1/16 finalda turnirin qalibi Rusiya idmançısı Dmitriy Nasonova 5:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsində 2 qələbəsi olan Saleh Məmmədov pley-offda İtaliya sablyaçısı Emanuel Nardellaya 7:15 hesabı ilə məğlub olub.Qrupda 1 qələbəsi olan Murad Əkbərov isə mübarizəni erkən dayandırıb.