Hakimlərimiz növbəti təyinat alıblar
ESTAFET/ Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar. Təmsilçilərimiz kişi həndbolçuların EHF kuboku turnirində görüş idarə edəcəklər.
Söhbət “KPR Qvardiya Opole” (Polşa) – “SL Benfika” (Portuqaliya) matçından gedir. Fevralın 29-da Polşanın Opole şəhərində keçiriləcək oyunun EHF nümayəndəsi litvalı Tadas Jansonas olacaq.