AFFA-dan təxirə salınan liqalarla bağlı yeni qərar

ESTAFET/ Koronavirus səbəbindən təxirə salınan liqaların bərpa müddəti artırılıb. AFFA-nın rəsmi saytında verilən xəbərə görə, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı uzadılıb.

Bunlarla yanaşı, Yüksək qızlar liqalarının, "Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da 2020-ci il aprelin 20-dək təxirə salınıb.

Müəllif: Məsim MƏSİMZADƏ