Avropa çempionatı Bakıya həvalə edildi

ESTAFET/ Kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatı Bakıda keçiriləcək. Avropa Gimnastikasının rəsmi tvitter səhifəsinin məlumatına görə, hər iki yarış bu ilin dekabrında baş tutacaq.
Kişilər 9-13 dekabrda, qadınlar isə 17-20 dekabrda mübarizə aparacaqlar. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.
Həmçinin Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabr təxirinə təyin edilib.
Qeyd edək ki, idman gimnastikası üzrə kişilərin Avropa çempionatı mayda Bakıda, qadınların yarışı isə aprelin sonu, mayın əvvəlində Parisdə keçirilməli idi.
