Karate Federasiyası beynəlxalq turnir keçirəcək

ESTAFET/ İyunun 26-da karatenin kata növü üzrə onlayn beynəlxalq turnir start götürəcək. Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 3 gün davam edəcək yarış Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunacaq.

Müəllif: Natiq NƏSİROV