“Çelsi” transferi 72 saata açıqlayacaq

ESTAFET/ “Çelsi” yeni transferi Timo Vernerin keçidini tezliklə rəsmən təsdiqləməyi planlaşdırır. London klubu “Leypsiq”lə artıq hərtərəfli razılıq əldə edib.

Premyer Liqa klubunun bu transferi 72 saat ərzində açıqlaması gözlənilir. Bundesliqa təmsilçisi 24 yaşlı forvardın gedişindən 54 milyon funt-sterlinq qazanc götürəcək.

Qeyd edək ki, Timo Verner cari mövsüm 41 oyunda meydana çıxıb, 31 qol vurub, 13 məhsuldar ötürmə verib.

Müəllif: Orxan NOVRUZOV