Azərbaycan şahmatçıları 2000 dollarlıq yarışda

ESTAFET/ Tunis Şahmat Federasiyası iyunun 14-də blits üzrə onlayn turnir keçirəcək. Mükafat fondu 2000 ABŞ dolları olacaq beynəlxalq yarışda Azərbaycan şahmatçıları da iştirak edəcəklər. 

Ölkəmizin idman şərəfini Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovlar, Nərmin Xələfova, Mələk İsmayıl və Aytən Səfərova qoruyacaqlar. 

Müəllif: Natiq NƏSİROV