“İnter”in baş məşqçi və futbolçusuna cəza

ESTAFET/ İtaliyanın “İnter” klubu ciddi itkilərlə üzləşib. Milan təmsilçisinin baş məşqçisi Antonio Konte və futbolçusu Milan Şkrinyar cəzalanıb.

Təcrübəli mütəxəssis XXVII turun “Sassuolo” ilə matçında (3:3) mövsümdəki 5-ci xəbərdarlığını alıb. Bu üzdən Konte bir oyunu buraxacaq.

Qırmızı vərəqə alan Şkrinyar isə daha ağır diskvalifikasiya ilə üzləşib. O, üç turu buraxacaq. Şkrinyar həmçinin 10 min avro cərimə olunub.

Qeyd edək ki, “İnter” növbəti turda “Parma”, ardınca “Bolonya” və “Breşiya” ilə üz-üzə gələcək.

Müəllif: Bəhruz MƏMMƏDOV