Yığmamızın hücumçusu baş məşqçisiz qaldı

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Əzizovanın şərəfini qoruduğu Belarusun “Minçanka” klubunda baş məşqçi istefası gerçəkləşib. Minsk təmsilçisi Viktor Qonçarovla yollarını ayırıb.

Baş məşqçi postunda 4 il çalışan təcrübəli mütəxəssis klubun strukturunda başqa vəzifədə işləyəcək. 27 yaşlı hücumçumuzun yeni çalışdırıcısı hələ dəqiqləşməyib.

Qeyd edək ki, Əzizova iki ay öncə “Minçanka” ilə müqavilə imzalayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV