"Milan" yeni baş məşqçi ilə anlaşdı
ESTAFET/ "Leypsiq"in sabiq baş məşqçisi Ralf Ranqnik "Milan"ın sükanı arxasına keçməyə çox yaxındır. 62 yaşlı mütəxəssis "rossonyerlər"lə müqavilənin şərtlərini razılaşdırıb.
Anlaşmaya əsasən, növbəti mövsümdən komandaya almaniyalı çalışdırıcı rəhbərlik edəcək. Hətta klub rəhbərliyi baş məşqçiliklə yanaşı, idman direktorluğunu da Ranqnikə təklif edib. Onun A seriyası təmsilçisi ilə 3 illik müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, hazırda Stefano Pioli "Milan"ın baş məşqçisi, Paolo Maldini isə idman direktorudur.