Daha 6 futbolçuda koronavirus aşkarlandı

ESTAFET/ Serbiyanın “Srvena Zvezda” klubunda 6 futbolçu koronavirusa yoluxub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandadan götürülən testlərdə 6 futbolçunun nəticəsi müsbət olub. Həmin şəxslər Srdan Spiridonoviç, Velko Nikoliç, Straxinya Erakoviç, Marko Gobeliç, Branko Yoviçiç və Duşan Yovançiçdir.

Virusa yoluxan futbolçular karantinə alınıb.

Müəllif: Məsim MƏSİMZADƏ