Zidan onu "Real"a qaytarır
ESTAFET/ Ötən mövsümü icarə əsasında “Real Sosyedad”da keçirən Martin Edeqor müqavilə ilə məxsus olduğu “Real”a qayıdacaq. 22 yaşlı yarımmüdafiəçi növbəti mövsümdən “kral klubu”nun formasını geyinəcək.
Edeqorun San-Sebastyan klubu ilə sözləşməsi 1+1 illik olsa da, madridlilər onu qaytarmaq qərarına gəliblər. Baş məşqçi Zinəddin Zidan Norveç millisinin üzvünün artıq “Real”da oynamaq iqtidarında olduğunu düşünür.
Qeyd edək ki, Martin Edeqor ötən mövsüm La Liqada keçirdiyi 31 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə verib.