İsveçli futbolçu Super Liqa klubunda

ESTAFET/ Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Super Liqa təmsilçisi isveçli sağ cinah müdafiəçisi Mattias Yohanssonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Karyerasına İsveçin “Kalmar” klubunda başlayan Yohansson, daha sonra Niderlandın “AZ Alkmaar”, Yunanıstanın “Panatinaikos” komandalarının da uğurları üçün çalışıb.

Müəllif: Orxan NOVRUZOV