14 milyona “Fənərbaxça”dan “Latsio”ya keçir
ESTAFET/ “Fənərbaxça”nın hücumçusu Vedat Muriqi karyerasını İtaliyada davam etdirməyə hazırlaşır. “Tuttomercatoweb”in məlumatına görə, 26 yaşlı forvard “Latsio” ilə anlaşıb.
Uzun müddətdir Kosovo millisinin forvardı ilə maraqlanan Roma klubu, nəhayət ki, “Fənərbaxça” rəhbərliyi ilə ortaq məxrəcə gəlib. İstanbul nəhəngi A seriyası təmsilçisinin 14 milyon avroluq təklifini qəbul edib. Futbolçunun çıxışından asılı olaraq “sarı-lacivərdlilər” daha 2 milyon avroluq bonus əldə edə bilərlər. Muriqinin özünün isə “Latsio” ilə 4 illik müqavilə bağlaması gözlənilir. Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, Vedat Muriqi ötən mövsüm 32 oyunda 15 qola imza atıb. (apasport.az)