Millimiz 27 aydan sonra yer dəyişdi
ESTAFET/ Azərbaycan millisi FİFA reytinqindəki durğunluğuna son qoyub. 2019-cu ilin noyabrında 114-cü sıraya sahib çıxan yığmamız 10 aydan sonra mövqeyini dəyişib.
Canni de Byazinin baş məşqçisi olduğu komanda 2 pillə irəliləməklə 112-ci sıraya qalxıb.
Millimiz sonuncu dəfə 11 ay öncə - 2019-cu ilin oktyabrında daha yüksək pillədə qərarlaşıb. Onda komandamız 111-ci idi.
Ölkəmizin əsas yığmasının son irəliləyişi isə 2019-cu ilin iyulunda qeydə alınıb. 14 ay öncə millimiz 110-cu yerdən 109-cu pilləyə doğru 1 addım irəliləyib. Ən azı 2 pilləlik irəliləyiş isə 27 aydan sonra yaşanıb. 2018-ci ilin iyununda 21 pilləlik sıçrayış edən millimiz sonrakı dövrdə heç 2 addımı birdən ata bilmirdi.