Dünya çempionatı təhlükədə

ESTAFET/ İsveçdə keçiriləcək fiqurlu konkisürmə üzrə mövsümün bütün yarışları ləğv edilib. Bu barədə qərarı İsveç Fiqurlu Konkisürmə Federasiyası verib.

Belə addımın atılmasına səbəb koronavirus pandemiyasıdır. Qurum bu qərarı bayrağı altında keçirilən turnirlərlə bağlı verib.

Martın 22-28-də baş tutmalı olan dünya çempionatının taleyi isə qaranlıq qalıb. Mundial rəsmən ləğv edilməsə də, təşkili də təsdiqlənməyib. Azərbaycan idmançılarının da qatılacağı çempionat barədə yekun qərarı Beynəlxalq Konkisürmə İttifaqı (ISU) verəcək.

Qeyd edək ki, bir müddət əvvəl ISU tərəfindən Xorvatiyanın Zaqreb şəhərindəki Avropa çempionatı, həmçinin gənclərin dünya çempionatı və dörd qitə çempionatı ləğv olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV