Bəhlul Mustafazadəyə Danimarkadan təklif
ESTAFET/ Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Danimarkada davam etdirə bilər. Bu barədə adıçəkilən ölkənin ekstrabladet.dk saytı məlumat yayıb.
Bildirilib ki, gənc müdafiəçi “Veyle” klubunun maraq dairəsindədir və Bəhlul Danimarka Super Liqasında çıxış edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşə bilər. Danimarkada “transfer pəncərəsi” fevralın 1-nə qədər açıq olduğundan, “Veyle” Mustafazadənin keçidini həmin vaxta qədər həll etməyə çalışacaq.
Qeyd edək ki, "Veyle" Danimarka Super Liqasında 13 turdan sonra 15 xalla 10-cu pillədə qərarlaşır. Bəhlul Mustafazadənin "Sabah"la müqavilə müddəti isə 2022-ci ilin yayına qədərdir.