Rəcəbov üstünlüyü əldən verdi

ESTAFET/ Bu gün  “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə start verilib. Mükafat fondu 100 min ABŞ dolları olan yarışın dördüncü günündə 1/4 final mərhələsinin ilk matçları keçirilir.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Niderland qrossmeysteri Aniş Giri ilə görüşüb. 34 yaşlı təmsilçimiz 2:2 hesablı heç-heçə ilə kifayətlənib. O, iki heç-heçədən sonra 3-cü partiyada qara fiqurlarla qalib gəlsə də, 4-cü oyunda ağlarla uduzub.
 
Şahmatçılar arasında ikinci matç isə fevralın 10-da keçiriləcək.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

“Opera Euro Rapid”
1/4 final, ilk matç

9 fevral 2021
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan)  2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)

Müəllif: Natiq NƏSİROV