Eyni komandaya 4-cü dəfə baş məşqçi təyin olundu

ESTAFET/ Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib. Paytaxt təmsilçisinin rəsmi saytının məlumatına görə, komandanı bundan sonra Hikmət Karaman çalışdıracaq.

61 yaşlı mütəxəssis yeni komandası ilə il yarımlıq sazişə qol çəkib. Müqavilə imzalanma tədbirində klub prezidenti Fatih Mərt də qatılıb.

Qeyd edək ki, Hikmət Karaman məşqçilik karyerası ərzində 3 dəfə “Ankaragücü”yə baş məşqçi təyin olunub. O, son komandası “Yeni Malatyaspor”dan ötən ilin yayında ayrılıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV