Formula 1-də yeni komanda?
ESTAFET/ "Porsche" və "Volkswagen Group" şirkətləri Formula 1 üçün yeni komanda yarada bilərlər. Xarici mətbuatın məlumatına görə, bu haqda "Porsche" şirkətinin vitse-prezidenti Frits Entsinger bildirib: "Formula 1 sintetik yanacağa keçsə, bu çox maraqlı olardı. Bu sual həllini tapacağı təqdirdə, biz Formula 1-də iştirak imkanlarımıza baxacıq. "Porsche" və "Volkswagen" bütün yürüş seriyalarında olan dəyişikləri daim izləyir" - deyə BBC-də Ertsingerin açıqlaması yer alıb.
Mənbənin məlumatına görə, əgər şirkət Formula 1-də iştirak etsə "Porsche" və ya "Audi" brendindən istifadə edəcək. Bununla belə, hələ məlum olmayan əsas məqamlardan biri odur ki, "Porsche" ayrıca komanda kimi iştirak edəcək yoxsa sadəcə mühərrik təminatı ilə kifayətlənəcək. Həmçinin, "Volkswagen"in nümayəndələri "Red Bull", "McLaren" və "Williams" komandaları ilə ilkin danışıqlar aparıblar.