Qətərlə 3-cü qarşılaşma

ESTAFET/ Azərbaycan millisi tarixində 3-cü dəfə Qətərlə qarşılaşacaq. Macarıstanın Debretsen şəhərindəki yoldaşlıq oyununa qədər komandalar iki dəfə üz-üzə gəlib.
Hər iki matç Dohada keçirilib. Millimiz səfərdəki yoxlama oyunlarında uduzmayıb. Hər iki görüşdə qol vuran, amma həm də qapısından top buraxan yığmanın aktivində qələbə və heç-heçə var.
Millimizin bu matçlardakı ilk qoluna Rüfət Dadaşov imza atıb. İkinci oyunda isə Tərlan Quliyevlə Araz Abdullayev fərqlənib.
29 may 2013. Doha. YO. Qətər – Azərbaycan 1:1
9 mart 2017. Doha. Qətər – Azərbaycan 1:2
